Biləsuvarda “Mersedec”lə “QAZ 24” toqquşub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bəydili kəndində, yolayrıcında qeydə alınıb.
Belə ki, Biləsuvar rayon Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi
“Mercedes “, Bəydili kənd sakini 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi “QAZ 24” markalı minik avtomobili ilə toquşub.
Qəzada sürücülər xəsarət alıb. Onlar bədəninin müxtəlif nahiyələrindən aldıqları qapalı travmalara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.