RU

Biləsuvarda iki maşın toqquşdu - Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, yolayrıcında qeydə alınıb.  Belə ki, rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi 
"Mercedes"lə, Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Mirəli Rəsulun idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub. 

Qəzada xəsarət alan sürücülər bədəninin müxtəlif nahiyələrindən aldıqları qapalı travmalara görə rayon xəstəxanasında həkimlər tərəfindən  müayinə olunub.

Onların xəsarətləri yüngül olduğundan amblator müalicəyə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Избранный
55
7
unikal.az

9Источники