RU

Zəfərdən şahlanışa FOTOLAR

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

"8 Noyabr-Zəfər Günü nəinki aycanaycan, ümumilikdə Türk dünyası üçün mühüm önəm kəsb edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilən bayram tədbirlərində qeyd edilib.

 Bildirilib ki, Azərbaycan Ordusunun 5 il öncə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər nəticəsində təkcə Azərbaycan torpaqları işğaldan azad edilmədi, eyni zamanda bu qələbə Türk dünyasında şahlanışa təkan verdi.

Liseyin hər iki şöbəsində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Liseyin müdiri Eylem Gültekin şagirdlərə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verib.

Zəfər Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğunü vurğulayan E.Gültekin bu tarixi qələbəni Azərbaycana və türk dünyasına bəxş edən şəhid və qazilərə minnətdarlıq bildirilib.

Lisey müdiri şagirdlərə öz tövsiyələrini də çatdırıb. Qeyd edib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməlidir.

Daha sonra lisey şagirdlərinin ifasında vətənpərvərlik mövzularında, həmçinin tarixi zəfərə həsr edilən şeir və mahnılar səsləndirilib. Mərasimdə həmçinin, 44 günlük Vətən müharibəsinə həsr edilən və məktəblilərin hazırladıqları kiçik səhnəçiklər də təqdim edilib.

Mərasimlər xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
bakivaxti.az

1Источники