
Noyabrın 5-də axşam saatlarında İtaliya ikincisi “İnter”in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoninin Berqamo yaxınlığındakı Kastel Kalepio şəhərindəki evi qarət edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.
Bildirilib ki, sözügedən ərəfədə 26 yaşlı futbolçu Çempionlar Liqasının IV turu çərçivəsində Qazaxıstan “Kayrat”ı ilə ev oyununda (2:1) iştirak edib.