RU

“Kayrat”la oyun zamanı Bastoninin evi qarət edilib

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Noyabrın 5-də axşam saatlarında İtaliya ikincisi “İnter”in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoninin Berqamo yaxınlığındakı Kastel Kalepio şəhərindəki evi qarət edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.

Bildirilib ki, sözügedən ərəfədə 26 yaşlı futbolçu Çempionlar Liqasının IV turu çərçivəsində Qazaxıstan “Kayrat”ı ilə ev oyununda (2:1) iştirak edib.

Məlumata görə, dörd maskalı şəxs bir neçə dəqiqə ərzində Bastoninin evindən bahalı zinət əşyaları, saatlar və dizayner çantalarını götürərək polis və mühafizəçilər gələnə kimi oradan uzaqlaşa bilib. Həmin vaxt malikanədə heç kim olmayıb. Polis araşdırmaya başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
yeniavaz.com

1Источники