RU

Tramp Mərkəzi Asiyanın 5 ölkəsinin liderləriilə görüşünün nəticələrindən yazdı

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, dünən Mərkəzi Asiyanın beş ölkəsinin prezidentləri - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emomali Rəhmon, Qırğız Respublikası Prezidenti Sadır Japarov və Türkmənistan Prezidenti Sərdar Berdimuhammedovla Ağ Evdə sammit keçirmək kimi böyük şərəfə nail olub.

 

Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

 

Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları üç onillik ərzində bu ölkələrə lazımi diqqət yetirməyiblər. O, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən regionun strateji əhəmiyyətini və Mərkəzi Asiyanın kritik minerallar, karbohidrogenlər və insan potensialı ilə zənginliyini qeyd edib.

 

"C5+1" platformasının 10 illiyi münasibətilə milyardlarla dollar dəyərində kommersiya sazişləri imzalanıb. Trampın sözlərinə görə, bu sazişlər ABŞ-da aviasiya, mədən, kənd təsərrüfatı, dəmir yolu, avtomobil və texnologiya sahələrində on minlərlə iş yerini dəstəkləyəcək.

 

ABŞ Prezidenti keçirilən sammitin Birləşmiş Ştatlar ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Türkmənistan arasında "münasibətlərin yeni, gözəl mərhələsinin başlanğıcı" olduğunu vurğulayıb.

 

Избранный
40
senzor.az

1Источники