RU

Prezidentlə baş nazir üz üzə gəldi: Navroçki, həqiqəti de!

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Polşanın Baş naziri Donald Tusk və Prezident Karol Navroçki arasında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.

“Tusk ölkə başçısını əks-kəşfiyyat və daxili təhlükəsizlik agentliyinin 136 əməkdaşının təltif edilməsinə mane olmaqda ittiham edib. O, bunu prezidentin Polşa hökuməti ilə müharibəsinin davamı adlandırıb.

Navroçki öz növbəsində, Tusku kəşfiyyat təşkilatı rəhbərlərinin onunla görüşməsinə və milli təhlükəsizliklə bağlı həssas məlumatların verilməsinə mane olmaqda günahlandırıb. O, iddia edib ki, bu görüşlərdə yüksəlişlər müzakirə edilməli idi. Polşanın baş naziri bu ittihamları rədd edib.

“Mən istərdim ki, Navroçki həqiqətdən kənara çıxmasın, həmçinin Konstitusiyanı, öz səlahiyyətlərini, baş nazirin və hökumətin səlahiyyətlərini bilsin. Bəlkə o, bunu gələcəkdə öyrənəcək”, – Tusk bildirib”, – nəşrdə qeyd olunub.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk etiraf etmişdi ki, o, demək olar ki, bütün məsələlərdə ölkənin yeni prezidenti Karol Navroçki ilə razılaşmır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
85
globalinfo.az

1Источники