RU

Kobaxidze: Gürcüstanla Azərbaycan ticarət tərəfdaşlığı üçün mühüm marşrut yaradır

Orta Dəhliz təşəbbüsü müxtəlif ölkələr arasında iqtisadi tərəfdaşlıq və ticarət münasibətlərinin inkişafında çox mühüm rol oynaya bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin Mərkəzi Televiziyasına (CCTV) müsahibəsində deyib.

O bildirib ki, Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Gürcüstan iqtisadi əlaqələr və ticarət tərəfdaşlığı üçün çox maraqlı və mühüm marşrut yaradır.

“Məhz buna görə biz Orta Dəhlizin, Transxəzər dəhlizinin gücləndirilməsi ideyasına sadiq olaraq qalırıq. Gürcüstan ətrafındakı bütün ölkələr üçün etibarlı tərəfdaşdır. Hesab edirik ki, Gürcüstan gələcəkdə də əməkdaşlığın möhkəmləndirilməsində çox müsbət rol oynaya bilər”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak Gürcüstan üçün çox perspektivlidir:

“Biz tranzit funksiyamızı maksimum dərəcədə bərpa etmək istəyirik və bunun üçün xüsusilə infrastruktur sahəsinə böyük investisiyalar yatırırıq”.

Избранный
17
4
apa.az

5Источники