Rusiya Azərbaycan şərab şirkətinin ticarət nişanının qeydə almaqdan imtina edib.
AzPost bildirir ki, bu barədə “Kommersant” nəşri xəbər verir.
Rusiyanın “Rospatent” dövlət qurumu Abrau-Durso Şirkətlər Qrupunun Azərbaycandakı törəmə müəssisəsi olan AzAbrau şərab zavodunun Rusiyada “Şirvan” ticarət nişanının qeydiyyatı üçün müraciətini rədd edib.
Rospatent heyətinin yekununda deyilir ki, “iddia edilən adın qeydiyyatı istehlakçıları malların istehsal yeri ilə bağlı yanılda bilər”.
Vəkillər hesab edirlər ki, şirkətin hətta məhkəmə yolu ilə belə brend üzərində inhisara sahib olması ehtimalı azdır.