"Qələbədən sonra baş verən proseslər – sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, sülh müqaviləsinin gündəmə gətirilməsi – dövlətimizin siyasi iradəsini və regional məsuliyyətini nümayiş etdirir. Zəfərin yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunur. Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətin informasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindən nümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş tarixi Qələbə həm də türk dünyasının birliyini möhkəmləndirdi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik, özümüzü yeni dövrə daşıdıq və bu, milli gücün və siyasi liderliyin qabarıq ifadəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq Qələbənin davamı kimi qiymətləndirilir. Yeni şəhərlər, müasir infrastrukturlar, “ağıllı kənd” layihələri Azərbaycanın gələcəyə yönəlik vizionunu göstərir. Azad edilmiş torpaqlar təkcə dirçəldilmir, həm də regionun əməkdaşlıq mərkəzinə çevrilir. Zəfər Günü isə, bizə daim həm gücümüzü, əzəmətimizi, həm də məsuliyyətimizi xatırladır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта