RU

Astarada polis əməkdaşları Vətən Müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət etdi – FOTOLAR

Astarada polis əməkdaşları Vətən Müharibəsi şəhidinin məzarını və ailəsini ziyarət ediblər.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin rəhbərliyi Zəfər Günündə Vətən müharibəsinin şəhidi, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət edib. Şəhidin əziz xatirəsi yad edilib, tarixi qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd olunub. Şəhid Orxan Babayevin timsalında qəhrəman oğullarımızın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, vətənpərvər igidləri ilə fəxr etdiyi vurğulanıb.
Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Избранный
6
3
nocomment.az

4Источники