Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.

Leqal.info xəbər verir ki, hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.

Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.

Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.

Leqal.info