RU

Zəfər Gününə təsadüf edən doğum günü MİLLİ QƏHRƏMAN YAZIR

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin doğum günüdür.

Gununsesi.info xəbər verir ki,  Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli Dövlət Təhlükəsizlik Xidmətinin rəisi General-Polkovnik Əli Nağıyevin doğum günü ilə bağlı yazı yazıb.

Həmin yazını təqdim edirik:

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi General-Polkovnik Əli Nağıyevin doğum günü xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr Zəfər Günü bayramına təsadüf edir.

Azərbaycan xüsusi xidmət orqanları tarixdə şanlı iz buraxmış, şərəfli yol keçmişdir. Dövlətin mövcudluğu üçün olduqca əhəmiyyətli olan bu struktur bir daha ona görə hörmətə layiqdir ki, Ulu Öndər Heydər Əliyevi siyasət dünyasının olimpinə aparan yol məhz xüsusi xidmət orqanlarından keçmişdir.

Əsası Ümummi Lider tərəfindən hələ keçmiş sovetlər dövründən qoyulan təhlükəsizlik orqanları müasir dövrdə peşəkarlıq baxımından ən yüksək səviyyəyə qalxmışdır.Bu strukturun formalaşmasında General Əli Nağıyev cənablarının xüsusi xidmətlərini qeyd etməmək mümkün deyil. Hörmətli Əli Nağıyevin ən böyük xidmətlərindən biri uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsilə nəticələnən 44 günlük Vətən Müharibəsində rəhbərlik etdiyi qurumun öz üzərinə düşən vəzifələrini xüsusi peşəkarlıqla yerinə yetirməsi oldu.

Hər anı bir tarixə bərabər həmin günlər dövlətin və xalqın təhlükəsizliyini qorumaq, düşmənin məhz bu günə hesablanmış və planlaşdırılmış “minalar”ının çox böyük ustalıqla zərərsizləşdirilməsi, stabilliyin qorunmasında DTX-nin misilsiz xidmətləri danılmazdır. Sadə vətəndaşlar üçün təəssüfedici fakt budur ki, ictimaiyyət üçün qapalı olan bu qurumun xidmətləri və fəaliyyəti zamanında işıqlandırılmır. Təhlükəsizlik baxımından buna heç lüzum da yoxdur.Əsas budur ki, dövlətimizə qarşı ola biləcək təxribatlar və təhlükələr zamanında dəf edilir.

Bu qurumun peşəkarları “gözəgörünməz” cəbhənin əsgərləridir.

Etiraf edək ki, bu strukturun rəhbəri hörmətli Əli Nağıyevin peşəkarlığı heç kimdə şübhə doğurmur.

O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, dövlətçilik ideyalarına və cənab Prezident İlham Əliyevə sadiq qalaraq, öz peşə borcunu ləyaqətlə davam etdirir.

Cənab General!

Sizi Zəfər Günü və doğum günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
icma.az

1Источники