RU

General rütbəsi alan hərbçilərdən biri pilotdur

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

KONKRET.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, ali hərbi rütbə alanlardan biri pilot Zaur Qəzənfər oğlu Yusiflidir. Polkovnik Yusifliyə general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Zaur Yusifli hazırda HHQ komandanının birinci müavini – Qərərgah rəisi vəzifəsində çalışır.

 

Избранный
25
2
konkret.az

3Источники