RU

AB və Rusiya arasında gərginlik artır: Brüssel 20-ci sanksiya paketini hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı yeni — 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb.

Musavat.com
xəbər verir ki, bunu Litvanın maliyyə naziri Kriştupas Vaytekunas açıqlayıb.

Onun sözlərinə görə, təzyiq xüsusilə Rusiya enerji və maliyyə sektoruna olmalıdır. Nazir həmçinin Belarusa qarşı sanksiyaların sərtləşdirilməsini təklif edib. O, bunun səbəbi kimi Minsk tərəfindən həyata keçirilən “müntəzəm hibrid hücumları” göstərib:

“Belarusla bağlı tədbirlər Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla eyni səviyyədə olmalıdır. Bundan əlavə, əlavə məhdudiyyətlər də lazım gələcək,” — deyə Vaytekunas bildirib.

Məsələ Litva nazirinin Aİ-nin maliyyə xidmətləri üzrə komissarı Mariya Luış Albukerke ilə görüşündə müzakirə olunub.

Albukerke isə bildirib ki, Minskə qarşı yeni məhdudiyyətlər hələ ilkin mərhələdədir və Aİ hazırda sanksiyalardan yayınmaya yardım edən üçüncü ölkələrlə iş aparır:

“Bəzi ölkələr Rusiya və Belarusun sanksiyaları aşmasına şərait yaradır. Biz bu kanalları bağlamaq üzərində işləyirik”.

Yeni sanksiya paketinin nə zaman təqdim olunacağı hələ açıqlanmayıb, lakin diplomatik mənbələr prosesin sürətləndiyini bildirir.

Musavat.com

Избранный
55
musavat.com

1Источники