RU

"Eldəniz, hələ gör mən səni bağışlayıram?" - Video

"Eldəniz, hələ gör mən səni bağışlayıram?" - VideoXalq artisti Aygün Kazımova bir müddət əvvəl müğənni Eldəniz Məmmədovla toy məclisində aralarında baş verən narazılıqdan danışıb.

"Qafqazinfo" xəbər verir ki, "İki başlı"nın qonağı olan A.Kazımova Eldəniz Məmmədovdan belə addım gözləmədiyi üçün təəccübləndiyini bildirib.

"Səhnəyə çıxmışdım. Toyda olan qonaqlarla danışırdım. Gəldi əli ilə çiynimə vurdu. Dedim inanmaram ki, Eldəniz belə hərəkəti özünə icazə versin. Gördüm yox, yenə çiynimə vurdu. Axırda dedim ki, nə olub, nə baş verir? Bir gün gördüm Eldəniz efirdə məni bağışlayır. Eldəniz, hələ gör mən səni bağışlayıram? Eldənizi başqa cür tanıyıram. Hətta dedim, bu, bildiyim Eldəniz deyil, onu başqa cür tanıyıram, xanıma utana-utana "salam" verir.

Mən səni bu dəfə bağışlayıram. Amma bir də heç bir xanım müğənni ilə əllə danışma. Axı bizim elə münasibətimiz də yoxdur. Həm də gözəl dost münasibəti olan adam belə bu münasibəti qəbul etməz. Ona görə təəccübləndim. Ola bilər, Eldəniz, qohumunun toyu idi, əhvalın yaxşı idi. Bəlkə də işıqlardan məni tanımayıb kişi kimi görmüsən. Amma xanımla belə rəftar olmaz. Hamıya nümunə olmalısan", - Aygün Kazımova bildirib.

Ətraflı videoda:

Избранный
5
4
big.az

9Источники