Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı Heydər Əlivev Beynəlxalq Hava Limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qarşılayıblar.
10:50
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirəcəyi nəzərdə tutulur.
Görüşlərdə regional və qlobal məsələlərin müzakirəsi planlaşdırılır.