RU

Prezidentin təltif etdiyi general kimdir? -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün bir qrup hərbçini müxtəlif orden və medallarla, hərbi rütbələrlə təltif edib. Dövlət başçısının mükafatlandırdığı yüksək rütbəli hərbçilərin arasında Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov da var. O, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant hərbi rütbəsi ilə təltif edilib. Metbuat.az məşhur generalla bağlı məlumatları təqdim edir:Şuşanın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərən Kənan Seyidov 1974-cü ildə anadan olub. O, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Kənan Seyidov həmçinin, Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə də təltif edilib.

General-leytenant Kənan Seyidov hazırda Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır. O, yüksək peşəkarlığı, hərbçilərə xas olan dəmir intizamı ilə seçilir. Tabeliyində olan əsgər və zabitlər general-leytenant Seyidovu ali mənəvi keyfiyyətlərin daşıyıcısı olan qayğıkeş komandir kimi xarakterizə edirlər.

Избранный
40
metbuat.az

1Источники