RU

15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir - Bu ölkədə...

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq niyyətindədir.

Gundem.az xəbər verir ki, rəqəmsal texnologiya naziri Karolin Steyc Olsen bildirib ki, sosial media uşaqların "vaxtını, uşaqlığını və rifahını oğurlayır" və buna son qoyulmalıdır.

Məlumata görə, valideynlər yalnız 13 yaşdan kiçik uşaqların bəzi platformalara daxil olmasına icazə verə biləcəklər.

Qadağa Baş nazir Mette Frederiksenin uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığından sonra gündəmə gəlib.

Hazırda Danimarkalı gənclər arasında ən populyar platformalar Snapchat, YouTube, Instagram və TikTok-dur.

Избранный
15
1
gundem.az

2Источники