Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi parada hazırlıqdan kadrları paylaşıb.
Turkustan.az xəbər verir ki, o, kadrları özünün "X" sosial şəbəkəsindəki hesabında yerləşdirib.
"Marş sədaları altında 8 Noyabr Qələbə Paradı!
Azərbaycan Silahlı Qüvvələrinin qürurlu bölmələri qardaş Türkiyə və Pakistan hərbçiləri ilə birgə addımlayır", - deyə paylaşımda bildirilir.