RU

“Real” Vinisiusu razı sala bilmir

“Real”ın hücumçusu Vinisius Junior klubdan ayrıla bilər.

Msport.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçunun yeni müqavilə ilə bağlı danışıqları dalana dirənib və hələlik irəliləyiş müşahidə olunmur.

“Real” oyunçunu 150 milyon avro dəyərləndirib və onu daha ucuz qiymətə satmaq niyyətində deyil. Vinisiusun özü isə karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlayıb. O, Madrid klubundan ayrılmaq qərarına gələrsə, onun üçün prioritet istiqamət İngiltərə Premyer Liqası olacaq.

Futbolçu ən yüksək səviyyədə çıxışını davam etdirmək istəyir və Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmək variantını nəzərdən keçirmir. Daha əvvəl Vinisiusa “Mançester Yunayted”in maraq göstərdiyi bildirilmişdi.

Cari mövsümdə Vinisius klub səviyyəsində 14 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Избранный
28
1
msport.az

2Источники