RU

Bakı-Quba yolunda QƏZA: Ölən var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yük avtomobili yolu keçən piyadanı vurub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 08.11.2025-ci il tarixində saat 05:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".

Избранный
78
avtosfer.az

1Источники