RU

"Haber Global": Azərbaycan zəfərə gedən yolu cəbhədə və diplomatik masada ilmə-ilmə işlədi

Türkiyənin "Haber Global" televiziya kanalı 8 Noyabr - Zəfər Günü ilə bağlı geniş videomaterial hazırlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, videomaterialda 44 günlük Vətən müharibəsinə xroniki nəzər salınıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə sosial media hesabında paylaşım edərək son beş ilin Azərbaycan üçün zəfər tarixi olmasına diqqət çəkib.

Süjetdə şanlı zəfərlə birgə 30 illik həsrətin sona çatması, Azərbaycan xalqının bu xəbəri coşğu ilə qarşılaması vurğulanıb:

"Azərbaycan zəfərə gedən yolu həm cəbhədə, həm də diplomatik masada ilmə-ilmə işlədi. Bütün ölkə yeddidən-yetmiş yeddiyə 44 gün boyunca bir yumruq ətrafında birləşdi və Azərbaycan əsgəri Qarabağda dastan yazdı".

Materialda həmçinin 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatına da nəzər salınaraq, bununla da, Azərbaycanın suverenliyini bərpa etməsinə xüsusi vurğu edilib:

"Artıq bütün dünya "Qarabağ Azərbaycandır!" deyirdi".

Videomaterialın ardınca "Haber Global"ın Bakıya ezam olunmuş əməkdaşı ilə canlı bağlantı olub.

Müxbir Murat Karataş Zəfərin beşinci ildönümü ilə bağlı keçirilən tədbirlər və hərbi paradla bağlı məlumat verib:

"Bu günlərdə Bakı ilə yanaşı, regionlarda, eləcə də Şuşada, Laçında, Xankəndidə hərbi orkestrın müşayiəti ilə yürüşlər keçirildi".

Murat Karataş Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda iştirak üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yola düşdüyünü ifadə edib.

Избранный
45
far.az

1Источники