RU

44 günlük Vətən Müharibəsi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

8 Noyabr – dövlətçilik tariximizin ən parlaq və qürurverici səhifələrindən biridir. Bu müqəddəs gün xalqımızın birliyini, milli iradəsini və tarixi ədalətin bərpasını özündə ehtiva edən Zəfər Günüdür. Bu gün biz qalib Azərbaycan xalqının sevinci və qüruru ilə bir aradayıq.44 günlük Vətən Müharibəsi Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, strategiyası və sarsılmaz iradəsi nəticəsində şanlı tarixi qələbə əldə edildi. Həmçinin, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın xalqımızın mənəvi-sosial həmrəyliyinin möhkəmləndirilməsi, milli mədəniyyət və humanitar dəyərlərin qorunması istiqamətində ardıcıl fəaliyyəti bu birliyə xüsusi töhfə verdi. Mehriban xanımın vətənpərvər mövqeyi, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər birimiz üçün dərin hörmət və iftixar mənbəyidir.Bu Zəfər, təkcə torpaqlarımızın azad olunması deyil, həm də dövlətimizin gücünün, xalqımızın yenilməz ruhunun və milli həmrəyliyimizin təntənəsidir. Bu gün isə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. İşğaldan azad edilmiş torpaqlarımızda həyat yeni nəfəs, yeni ruh, yeni ümidlərlə qayıdır.Zəfər yolunda canlarını fəda edən bütün şəhidlərimizi böyük sayğı və ehtiramla yad edirik. Qazi və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildirir, onlara sağlamlıq və rifah arzulayırıq. Onların igidliyi daim xalqımızın yaddaşında yaşayacaq.Bu əlamətdar gün münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!Vətənimiz daim güclü, dövlətimiz hər zaman müzəffər, bayrağımız isə sonsuza qədər ucalarda dalğalansınTeymur Əliyev, Nizami Gəncəvi Muzeyinin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
newscenter.az

2Источники