RU

ABŞ-də ev sahibi ünvanı səhv salan təmizlikçi qadını güllələyib öldürüb


ABŞ-nin İndiana ştatında təmizlikçi qadın səhvən başqa ünvana gedib və evin sakini tərəfindən qapı arxasından güllələnərək öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ştatın polisləri məsələ ilə bağlı ilkin araşdırmanı başa çatdırıblar.
“Evin sahibi güman edib ki, çöldə cinayətkar var”, - nəşr yazır.
Uaytisttaun şəhər polis idarəsinin araşdırma nəticələri rəsmi şəkildə Boon dairəsinin prokurorluğuna təqdim edilib. Bu materiallar əsasında baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb-açılmayacağına dair qərar veriləcək.
Prokuror Kent İstvud yerli KİV-lərə bildirib ki, iş İndiana ştatının “öz torpağını qoru”  anunu ilə çətinləşir. Həmin qanun bəzi hallarda insanlara evlərinə soxulma təhlükəsi olduqda ölümcül güc tətbiq etməklə müdafiə olunmaq hüququ verir.
Öldürülən qadın 32 yaşlı Mariya Florinda Rios Peres de Velaskes İndianapolisdə yaşayırmış. O Qvatemaladan gəlmiş miqrant olub və dörd uşağın anası imiş.
Polis sözçüsü kapitan Con Jurhasın verdiyi məlumata görə, qadının başına bir güllə dəyib – atəşi qapının o biri tərəfində olan iki sakindən biri açıb. Hadisə Rios Peres və həyat yoldaşı sübh çağı evi səhv salaraq gəldikləri zaman baş verib. Həmin vaxt ev sakinləri artıq 911-ə zəng edərək mümkün oğurluq barədə məlumat vermişdilər.
Hadisə yerinə gələn polislər Rios Peresi ölümcül yaralanmış vəziyyətdə tapıblar və müəyyən ediblər ki, o və əri təmizlik briqadasının üzvləri olub və səhvən başqa ünvana gəliblər.
Избранный
37
1
yeniavaz.com

2Источники