RU

“Bu, türk dünyası üçün də böyük qürur mənbəyidir”

“Sizləri ən səmimi duyğularımla, sayğı və sevgi ilə salamlayıram. Zəfər Günümüzün 5-ci ildönümündə sizlərlə bərabər olmaqda böyük bəxtiyarlıq duyuram. İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim”.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşğunu yaşayır. Zəfərimiz mübarək olsun”, - o bildirib.

“Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, türk dünyası üçün də böyük bir qürur mənbəyidir”, - Ərdoğan əlavə edib.

Избранный
34
25
sitat.info

10Источники