RU

Aİ dezinformasiya ilə mübarizə mexanizmi yaratmağı planlaşdırır

Avropa İttifaqının Rusiyanın iddia edilən dezinformasiya fəaliyyətinə qarşı mübarizə aparmaq üçün xüsusi bir mərkəz qurmağa hazırlaşdığı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, "The Guardian" qəzetinin sızdırılmış layihə sənədlərinə əsaslanan xəbərində qeyd olunur ki, Avropa İttifaqı Rusiyadan, Çindən və digər ölkələrdən gəldiyi iddia edilən dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmaq məqsədilə “Demokratik Davamlılıq Mərkəzi” adlı yeni bir struktur yaratmağı planlaşdırır.

Layihənin təşəbbüskarı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen hesab olunur və sənədin 12 noyabrda yayımlanması gözlənilir.

Hələ ictimaiyyətə açıqlanmayan məlumatlara görə, Avropa ən böyük təhlükə kimi Rusiyanın qitədə nüfuz uğrunda apardığı “hibrid hücumları”nı görür.

Təhlükə siyahısında Çin də yer alır. Aİ-nin diplomatik xidmətinə görə, Pekinin siyasi maraqlarına uyğun məzmunlar dünya miqyasında yayılır.

Planlaşdırılan mərkəzə üzvlük Aİ-yə üzv ölkələr və birliyə qoşulmaq istəyən dövlətlər üçün könüllü olacaq. Həmçinin Böyük Britaniyanın “oxşar baxışlı tərəfdaş” statusu ilə iştirak edə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin isə Beynəlxalq Münasibətlər Şurasının iclasında çıxışı zamanı xaricdə Rusiyaya qarşı informasiya müharibəsi aparmaq məqsədilə yeni “beynəlxalq təşkilatlar” və guya milli mərkəzlərin yaradıldığını bildirib və bu barədə xəbərdarlıq etmişdi.

Избранный
9
1
cebheinfo.az

2Источники