RU

Qarabağ la oyuna görə tənqid olunan Mareska Runiyə CAVAB VERDİ

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi "Çelsi"nin baş məşqçisi Entso Mareskanı tənqid edib.

Sportal.az xəbər verir ki, veteran hücumçu “The Wayne Rooney Show” verilişində italyan mütəxəssisin tez-tez heyətdə rotasiyalar etməsinə toxunub. Baş məşqçi UEFA Çempionlar Liqasının “Qarabağ”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyununda heyətdə 7 dəyişiklik etmişdi. Runinin sözlərinə görə, Mareskanın komandada çoxsaylı dəyişikliklər etməsi futbolçular arasında narazılıq yaradır:

"Futbolçular oynamaq, meydanda bir-biri ilə əlaqə qurmaq, uyğunlaşmaq istəyirlər. Əgər daim heyətdə dəyişikliklər edirsinizsə, oyunçular bundan razı qalmayacaqlar. Məncə, bu, sonda onların əleyhinə işləyəcək. Nəticələr hər dəfə müsbət olarsa, buna etiraz etmək olmaz. Amma əgər nəticələr gəlmirsə, o zaman suallar yaranmalıdır. Məncə, indi əksər klublarda bir "liderlər qrupu" mövcuddur və bu qrup olaraq siz baş məşqçiyə sual verməlisiniz. Komandada daim dəyişikliklər edilərsə, bu, məni narahat edərdi. Əgər həmin "liderlər qrupu"nun üzvü olsaydım, komanda yoldaşlarımla danışardım və deyərdim ki, mən bu vəziyyətdən razı deyiləm".

Mareskanın Runiyə cavabı gecikməyib. 45 yaşlı məşqçi bildirib ki, uzun marafon üçün rotasiyaların olması vacibdir. Onun sözlərinə görə, bir neçə turnirdə eyni futbolçularla oynamaq çətindir:

“Dəfələrlə demişəm, biz elə bir dövrdəyik ki, istənilən şəxs istədiyini deyə bilər. Mən bunu tam hörmətlə qarşılayıram. "Qarabağ"la oyundan sonra da qeyd etdim ki, klubda işləməyə başladığımdan bəri mənim baxışım oyunçular arasında rotasiya tətbiq etməkdir. Uduzmadığın zaman heç kim bundan şikayət etmir, heç kim narazı olmur. Əgər rotasiya Andrey Santos (Braziliya millisinin üzvü), Yorrel Hato (Niderland millisinin üzvü), Estevao (Braziliya millisinin üzvü) kimi futbolçularla aparılırsa, bu, sadəcə rotasiya deyil. Onlar istedadlı, gənc oyunçulardır və gənc olduqları üçün səhv etməyə, bu səhvlərdən öyrənməyə şans vermək lazımdır. Keçmişdə Coş Açimponqla da eyni vəziyyət olmuşdu. Aydın məsələdir ki, qələbə qazanmadığın zaman problem kimi rotasiyanı göstərirlər".

Mareska bu mövsüm bütün turnirlərdə start heyətində ümumilikdə 85 dəyişiklik edib. Bu, Premyer Liqada ən yüksək göstəricidir. Baş məşqçi heyətdəki dəyişiklikləri müdafiə edərək bildirib ki, özü futbolçu olarkən də rotasiyanı çox sevib:

"Hazırda futbol illər öncə ilə müqayisədə daha fərqlidir – həm fiziki baxımdan, həm də intensivlik cəhətdən. Mənim fikrimcə, bir mövsümdə eyni futbolçularla 65 oyun oynamaq, həm Çempionlar Liqası, həm də Premyer Liqa matçlarını əhatə etmək, mümkün deyil. Keçmişdə futbol fərqli idi. Mən 20 il oynadım. O dövrdə oyun bu qədər fiziki deyildi, indi isə dəyişib. Buna görə rotasiya vacibdir. Bu, mənim şəxsi baxışımdır və düşünürəm ki, mövsümü bir marafon kimi görmək lazımdır. Fevral və mart aylarında, yəni son sprint mərhələsində fərqli düşünmək olar. Amma hazırda uzunmüddətli yarış üçün plan qurmaq lazımdır".

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
sportal.az

2Источники