RU

Azərbaycan ağırlıqqaldıranı VI İslam Həmrəyliyi oyunlarında 3 bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova (48 kq) VI İslam Həmrəyliyi oyunlarında 3 bürünc medal qazanıb. SİA xəbər verir ki, o, təkanla qaldırmada üçüncü olub.

15 yaşlı idmançı təkanla qaldırmada 79 kq ağırlığı başı üzərinə qaldırmağı bacarıb. O, daha öncə birdən qaldırma hərəkətində 64 kq ağırlığın öhdəsindən də gəlmişdi.

Toplamda 143 kq ağırlıq qaldıran N.Əbilova hər iki nəticəyə görə 3-cü olub.

Избранный
28
2
sia.az

3Источники