RU

Premyer Liqa: “Qarabağ”la “Neftçi”nin 100-cü görüşü!

Bu həftə futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində noyabrın 9-da “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Azərbaycan çempionatları tarixində ilk dəfə eyni cüt 100-cü dəfə üz-üzə gələcək. Ən çox qarşılaşan digər cütlər “Qarabağ” – “Şamaxı” və “Neftçi” – “Şamaxı” duelləri hərəsi 79 dəfə baş tutub.

Peşəkar Futbol Liqası Azərbaycan derbisi oyunlarının statistikasını açıqlayıb:

99 oyundan 49-u “Qarabağ”ın, 48-i “Neftçi”nin meydanında, 2-si neytral meydanda keçirilib.

İlk oyun – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1

İlk qələbə – 20.10.1992. “Qarabağ” – “Neftçi” – 2:1

İlk səfər qələbəsi – 04.11.2000. “Qarabağ” – “Neftçi” – 0:4

Neytral meydandakı oyunlar – 29.04.1996. “Qarabağ” – “Neftçi” – 1:2, 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2

Yalnız bir mövsümdə qarşılaşmayıblar – 1993

Nəticəsi ləğv olunan yeganə matç: 04.03.2001. “Neftçi” – “Qarabağ” – 1:0 (+:-)

2001/02 mövsümündə 2, 2019/20 mövsümündə 1 oyun çempionat dayandığı üçün baş tutmayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
25
27
arena.az

10Источники