Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 959 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.
Aznews.az xəbər verir ki, bu, ən azından son 17 ildə eyni dövr üçün rekord göstəricisidir, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə isə 88 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 96 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 8 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 22,7 milyon ABŞ dolları, Çindən 20 milyon ABŞ dolları, İspaniyadan 17 milyon ABŞ dolları, Türkiyədən 15 milyon ABŞ dolları, İtaliyadan 6,6 milyon ABŞ dolları dəyərində məhsul alıb.