RU

Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü ilə bağlı təbrik edib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı - Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm", - Türkiyənin dövlət başçının paylaşımında bildirilir.

Избранный
7
27
turkustan.az

10Источники