RU

Zəfər Günü ilə əlaqədar meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib

ain.az, Sia Az saytına istinadən bildirir.

Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü ilə əlaqədar meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə və meşəbərpa tədbirlərində Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, dövlət və özəl təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Belə ki, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Lerik, Masallı, Tovuz, Gədəbəy, Goranboy, Sabirabad, Yevlax, Beyləqan, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 30 000-dən artıq müxtəlif cinsli ağac tingi əkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
7
sia.az

8Источники