RU

“Yeni Klinika”dan 175 minlik alış – tibbi müəssisə, yoxsa məişət bazarı?

“YENİ KLİNİKA” Publik Hüquqi Şəxsi təsərrüfat malları, müxtəlif inventar, avadanlıq və digər malların satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi satınalma “PROSHINE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olub. Bağlanacaq müqavilənin ümumi dəyəri 174.877,18 manat təşkil edir.

Alınan məhsullar sırasında 19 litrlik su bidonu üçün dispenser qapaqları, dispenser çanaqları, 10 litrlik plastik konteynerlər, iki tərəfli yapışqan kağız, yaşıl rəngli yerə yapışdırılan lent, Z-qatlama qutusu (dispenser), mikrodalğalı soba, su qaynadıcı (samovar), qapı kilidləri, maşın yuma aparatı üçün şampun, diş fırçası və diş məcunu dəstləri, fəhlə əlcəkləri, mikrofiber dəsmallar, mop palet dəsti və digər təsərrüfat malları yer alır.

Избранный
7
1
nocomment.az

2Источники