RU

İspaniyanın keçmiş kralından etiraf: "Qardaşımı alnından...”

İspaniyanın sürgündə yaşayan sabiq kralı Xuan Karlos, təxminən 70 il sonra qardaşı Alfonsonun ölümünə səbəb olan hadisəni ilk dəfə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, Karlos Fransada nəşr olunan və faşist diktator Frankonun ölümünün 50-ci ildönümünə təsadüf edən “Mi vida, mi verdad” (“Həyatım, Həqiqətim”) adlı 512 səhifəlik xatirə kitabında, qardaşının ölümü ilə bağlı hadisəni, eləcə də diktator Fransisko Frankonun onu varis elan etdiyi günü təsvir edib.

1956-cı ildə Portuqaliyadakı sürgün evlərində baş verən hadisə zamanı, o dövrdə 18 yaşında olan Karlos evdə tapança ilə oynayarkən silahın dolu olduğunu fərq etməyib və 14 yaşlı qardaşı Alfonsonu alnından vuraraq səhvən öldürdüyünü etiraf edib.

O, otağa tək girdiklərini və lülədə güllə qaldığını bilmədiklərini deyərək belə bildirib:

“Alfonso atamın qucağında öldü. Həyatımda bir “əvvəl və “sonra” var. Onu hələ də hər gün xatırlayıram. Yanımda olmasını istərdim. Bir dostumu, bir sirdaşımı itirdim. Əgər ölməsəydi, həyatım daha az qaranlıq olardı”.

Избранный
28
cebheinfo.az

1Источники