RU

Zəfər Günü ilə əlaqədar 30 mindən artıq ağac əkildi

Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü ilə əlaqədar meşə fondu torpaqlarında 30 mindən artıq ağac əkilib.

Far.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə və meşəbərpa tədbirlərində Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, dövlət və özəl təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu çərçivədə Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Lerik, Masallı, Tovuz, Gədəbəy, Goranboy, Sabirabad, Yevlax, Beyləqan, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 30 mindən çox müxtəlif cinsli ağac tingi əkilib.

Избранный
9
7
far.az

8Источники