ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Hər şeyi gördünüz. Nəsə deməyə ehtiyac yoxdur.
– Penalti epizodunu necə şərh edərdiniz?
– Oyunçularım əziyyət çəkdi. Epizodu hələ dəqiq görməmişəm. Dəqiq baxandan sonra biləcəm. Uşaqlar dedi ki, penaltidir…
– Vadim təcrübəli oyunçudur. Əlini gizlədə bilməzdi?
– Vadim dedi gizlətmişəm. Epizoda baxandan sonra dəqiq nəsə deyə bilərəm.
– Oyunda üstün olsaz da, hesabı qoruya bilmirsiniz. Səbəb nədi?
– Uşaqlar mübarizə aparır. İdman xoşbəxtliyi sanki bizdən yana deyil.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.