RU

Zəfər Günü münasibətilə Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçirilir

Göyçay şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş "KOB FEST" sərgi-satış yarmarkası keçirilib.

XQ xəbər verir ki, Göyçay şəhər Stadionunda keçirilən yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunub.

Yarmarkada ziyarətçilərə təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər, orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri, ədviyyatlar, kitablar və s. məhsullar təqdim olununaraq satışı həyata keçirilib.

"KOB FEST"in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunub.

"KOB FEST" sərgi-satış yarmarkası noyabrın 9-da da davam edəcək.

Избранный
15
7
xalqqazeti.az

8Источники