İsveçdə Rusiya Ticarət Nümayəndəliyinin ərazisinə növbəti dəfə boya atılıb.
Aznews.az xəbər verir ki, bu barədə TASS səfirliyə istinadən məlumat yayıb.
"Bu il noyabrın 8-i Rusiyanın Stokholmdakı Ticarət Nümayəndəliyinin ərazisinə drondan növbəti dəfə boya atılıb. Ötən ilin mayından etibarən Rusiyanın İsveçdəki səfirliyi və ticarət nümayəndəliyinə qarşı bu cür insidentlərin sayı 20-dən çox olub", - məlumatda qeyd olunub.