RU

"LUKOIL" şirkətinə qarşı sanksiyalar: Avropa ölkəsində yanacaqdoldurma məntəqələri bağlanır

Finlandiyadakı "Teboil" yanacaqdoldurma məntəqələri şəbəkəsi ABŞ-nin "LUKOIL" şirkətinə qarşı sanksiyaları səbəbindən fəaliyyətini dayandıracaq.

Bu barədə "Helsingin Sanomat" nəşri məlumat verib.

Məlumata görə, yanacaq tədarükü və ödəniş əməliyyatlarının aparılması artıq tamamilə dayandırılıb. Şirkət əlavə edib ki, bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tədricən tükənir.

"Yeni yanacaq tədarükləri olmayacaq, yanacaqdoldurma məntəqələrindəki çənlər isə boşalacaq. Hazırda bəzi məntəqələrdə artıq yanacağın müəyyən növləri tükənib, belə məntəqələrin sayı gündən-günə artır", - deyə "Teboil"un marketinq və kommunikasiyalar üzrə direktoru Toni Flikt bildirib.

Избранный
37
1
moderator.az

2Источники