RU

Azərbaycan gəncləri və könüllüləri Zəfərin 5-ci ildönümünü birgə bəyanatla qeyd etdi – FOTO 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tarixi Zəfərin 5-ci ildönümü ilə bağlı birgə bəyanat yayıb.

Doğru.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan gəncləri və könüllüləri üçün dərin qürur hissi ilə qeyd olunur. Vahid amal ətrafında birləşən xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Ordumuzun şücaəti sayəsində beş il öncə əldə olunan tarixi qələbə Azərbaycan dövlətçiliyinin parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunub.

Bəyanatda vurğulanıb ki, tarixi Zəfər həm də doğma torpaqlara qayıdışın, genişmiqyaslı yenidənqurma və dirçəliş dövrünün başlanğıcı olub. Ulu öndər Heydər Əliyevin ideyaları ilə böyüyən gənclər döyüş meydanında və arxa cəbhədə hər zaman ön sıralarda olublar. Prezident İlham Əliyevin dediyi kimi, “on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq”.

Bəyanatda həmçinin bölgədə ədalətli sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, Prezidentin nümunəvi liderliyi və regionda əminamanlıq üçün yaradılan zəmin qeyd edilib.

Sonda Azərbaycanın gəncləri və könüllüləri Zəfərin yalnız qürur mənbəyi olmadığını, həm də təhlükəsiz və parlaq gələcəyə çağırış olduğunu vurğulayaraq, ölkəmizin daha da qüdrətlənməsi və ərazi bütövlüyünün təmin olunması üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.

DOĞRU.AZ

image-img-20251108-wa0037 image-img-20251108-wa0036

Избранный
32
dogru.az

1Источники