RU

Azər Həşimov: “Hakimlər ədalətli qərar versələr, yaxşı olar”

“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! UEFA Çempionlar Liqasında “Çelsi” ilə oyunda heç-heçə etmiş “Qarabağ”ı da təbrik edirəm, onlara növbəti oyunlarda uğurlar arzulayıram!

Bu oyuna gəldikdə, hər şeyi özünüz gördünüz. Futbolçularımız əzmkar mübarizə apardılar. Penalti mübahisəli epizod idi. Düzü, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi. Vadim Abdullayev paltardəyişmə otağında çox məyus idi. Özü deyirdi ki, əlimi gizlətmişəm. Epizoda baxmağa vaxtım olmadı. Ona görə də nəsə deyə bilmirəm. Bütün hakimlərimiz ədalətli qərar versələr, yaxşı olar.

Artıq üçüncü oyundur ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki, idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar”.

Azər Həşimov futbolçularının tez-tez zədələnməsinə dair sualı da cavablandırıb:

“Bildiyiniz kimi, məşq etdiyimiz Yevlax şəhər stadionunun ot örtüyü sünidir. Süni örtüklü meydançadan gəlib təbii örtükdə oynayanda istər-istəməz əzələlərdə dartınma olur. Bu, normaldır. Elə bununla əlaqədar ola bilər”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
13
23
arena.az

10Источники