RU

Araz Naxçıvan geridönüşlə qalib gəldi

ain.az, Axar.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XI turunda növbəti qarşılaşma keçirilib.

Axar.az xəbər verir ki, "Araz-Naxçıvan" Sumqayıtda "Karvan-Yevlax"ı qəbul edib.

Görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yevlax təmsilçisindən16-cı dəqiqədə Araz Abdullayev rəqib qapısına yol tapıb. Naxçıvan komandasının heyətində isə Hamidu Keyta 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Naxçıvan komandasının digər futbolçusu Felipe Santos isə 90+2-ci dəqiqədə penaltidən fərqlənib.

Bu nəticədən sonra "Karvan-Yevlax" 5 xalla 11-ci pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 19 xalla 5-cidir.

Qeyd edək ki, turun ötən gün "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
axar.az

5Источники