Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail pilotsuz təyyarələri Nəbatiyyənin Bint Cbeil bölgəsi, Səba qəsəbəsi və Beraşit qəsəbəsində ümumilikdə üç avtomobili hədəfə alıb.Turkustan.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Səbadakı hücumlarda 2 nəfər ölüb. Beraşitdə baş verən hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.Bint Cbeildə səhər saatlarında baş verən hücumda 7 nəfər yaralanıb.Belə ki, atəşkəsə baxmayaraq bu gün həyata keçirilən hücumlarda ümumilikdə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.