"Qalatasaray" klubunun prezidenti Dursun Özbek Boğaziçi Universitetində keçirilən "İdman Zirvəsi" tədbirində tələbələrin suallarını cavablandırıb.
Moderator.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, prezident "Messini bir gün "Qalatasaray" formasında görə biləcəyik?" sualını cavablandırıb.
O bildirib ki, Messi ilə bağlı sual verməyiniz normaldır:
"Səviyyəmizi yüksəltmişik, buna görə də indi Messi ilə bağlı sual verməyiniz normaldır. Maliyyə cəhətdən qurulan sabitliyi poza biləcək heç bir addım atmırıq. Bütün fəaliyyətlərimiz maliyyə imkanlarımız çərçivəsindədir".