RU

Xankəndidə konsert proqramı başlayıb - FOTO

XANKƏNDİ, 8 noyabr. TELEQRAF

Xankəndidə Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunan konsert proqramı başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.

Təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edir.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar çıxış edirlər.

Избранный
17
teleqraf.com

1Источники