RU

Xankəndidə Zəfər Günü qeyd olunub

Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii kompozisiyalarla çıxış ediblər. Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb.

Bu gün Xankəndidə keçirilən zəfərin 5 illiyi, Azərbaycanın dövlətçilik tarixində qalib xalqın sarsılmaz birliyinin, əzmkarlığının və əbədi zəfər iradəsinin təntənəsi kimi yadda qalacaq.

Избранный
74
40
apa.az

10Источники