RU

“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçın rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiya Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, “Laçın Abadlıq Xidməti” ASC-nin dəstəyi ilə reallaşıb.

Layihə çərçivəsində ümumilikdə 500 meyvə və dekorativ ağac əkilib. Ağaclar Laçın şəhər mərkəzində, Həkəri çayı sahilində, eləcə də Zabux, Sus və Bəylik kəndlərində əkilib. Əkilən növlər bölgənin iqlim və torpaq xüsusiyyətlərinə uyğun seçilib.

Tədbir Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, eləcə də yerli sakinlərin, könüllülərin və ekoloji təşəbbüsləri dəstəkləyən gənclərin iştirakı ilə baş tutub.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək rayonda həyata keçirilən ekoloji layihələrin və sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, “Natura” brendinin bu addımını yüksək qiymətləndirib.

Qeyd edək ki, ağacların sağlam inkişafı üçün aqrotexniki nəzarət proqramı hazırlanıb və davamlı baxım planı müəyyən edilib. Bu təşəbbüs Laçının ekosisteminin bərpasına, yaşıllıqların artırılmasına və bölgənin uzunmüddətli inkişafına xidmət edəcək.

“Natura” meyvə şirələri ölkənin aparıcı qida sənayesi şirkətlərindən biri olan Novex Group-un tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda istehsal olunur.

Bu sosial layihə “Natura” brendinin ekologiyanın qorunması, sosial məsuliyyətin təşviqi və işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
marja.az

2Источники