"Karvan-Yevlax" Misli premyer-liqasının 11-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından məğlub ayrıldı - 1:2.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. "Çelsi" ilə oyunda heç-heçə edən "Qarabağ"ı təbrik edirəm, onlara uğurlar arzulayıram. Oyuna gəldikdə, hər şeyi özünüz gördünüz.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Futbolçularımız əzmkar mübarizə apardılar. Penalti mübahisəli epizod idi. Açığı, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi.
- Vadim Abdullayevin əlinin açıq olduğu görünürdü. Təcrübəli futbolçu həmin epizodda əlini gizlədə bilərdi. Siz necə düşünürsünüz?
- Vadim paltardəyişmə otağında çox məyus idi. Özü deyirdi ki, əlimi gizlətmişəm. Epizoda baxmağa vaxtım olmadı. Ona görə də nəsə deyə bilmərəm. Bütün hakimlərimiz ədalətli qərar versələr, yaxşı olar.
- Üstünlüyü qorumaq üçün nə çatmadı?
- Artıq üçüncü oyundu ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar.
- Futbolçularınızın tez-tez zədələnməsi nə ilə bağlıdı?
- Bildiyiniz kimi məşq etdiyimiz Yevlax şəhər stadionunun ot örtüyü sünidi. Süni örtüklü meydançadan gəlib təbii örtükdə oynayanda istər-istəməz əzələlərdə dartınma olur. Bu, normaldı. Elə bununla əlaqədar ola bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта