Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir.
Musavat.com xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas Aİ-nin bu qərarını əsaslandıraraq bildirib: “Müharibəni başlamaq və Avropada sərbəst hərəkətə arxayın olmaq əsaslandırıla bilməz”.
Onun sözlərinə görə, hazırda Avropa ərazisində dron hücumları və sabotaş əməliyyatları davam etdiyi bir vaxtda Rusiya vətəndaşlarına münasibətdə daha ciddi nəzarət tətbiq olunmalıdır.
Kallas vurğulayıb ki, Aİ-də səyahət etmək hər kəsin “haqqı” deyil, bu, yalnız verilən bir imtiyazdır.
Musavat.com